Bu yaşdan sonra arıqlamaq olmaz

saytların hazırlanması

Evə çatdırılma

Bu yaşdan sonra arıqlamaq olmaz

Sağlamlıq

21 Mart 2021 15:04 1159


“Qocalara arıqlamaqla məşğul olmaq tövsiyə olunmur”.

Yenisabah.az xəbər verir ki, bunu gerontoloq Yuri Konev “Sputnik” radiosuna müsahibəsində söyləyib.

“Ahıl və qocaların arıqlamağının əks-təsirli olmasına dair vahid fikir var. Metabolizmdə dəyişiklik fizioloji parametrlərin dəyişməsinə səbəb olur. Bu göstəricilər yaşlı insanın sağlamlığına mənfi təsir göstərəcək”, - mütəxəssis bildirib. pizza mizza

Eyni zamanda, uzmanın fikrincə, orqanizmin lazım olandan çox qida tələb etməməsi üçün insanlar 60 yaşadək çəkisini normaya gətirməlidir:

“Enerji tələbatı yaşa görə azalır, genişlənmiş mədə isə yemək istədiyini bildirir. Burada dissonans mövcuddur, çünki mədə bizə ac olduğumuzu bildirir, qidalandığımız yeməyin həcmini isə yaş ötdükcə azaltmaq lazımdır”. (Report)


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!