Bu yemək insanı cavanlaşdırır

saytların hazırlanması

Evə çatdırılma

Bu yemək insanı cavanlaşdırır

Sağlamlıq

29 Yanvar 2021 12:56 985


Qış aylarında daha çox isti və sulu yeməklərə üstünlük verilir. Bunlar soyuqdəymə və digər xəstəliklərin qarşısını tez bir zamanda ala bilir. Ən çox üstünlük verilən isti və sulu yeməklərdən biri də toyuq şorbasıdır.

Yenisabah.az xarici KİV-ə istinadən bildirir ki, qədim dövrlərdən bu günə qədər insanların daha çox üstünlük verdiyi bu yeməyə hələ də böyük tələbat var.

Toyuq şorbasının faydalarını sadalamaqla bitmir. Bu qida bir çox xəstəliklərin müalicəsində istifadə edilir. Marqarita pizza

Bu şorba alim İbn Sinanın da müalicə vasitələri sırasında yer alıb.

Sözügedən qida immunitetin gücləndirilməsində, soyuqdəymə və qripin qarşısının alınmasında, sümük və hüceyrələrin inkişafında müstəsna rol oyanyır.

Sağlam qidalanma mütəxəssislərinin araşdırmalarına görə, bu yeməyin bilinməyən tərəfi isə onun insanı cavanlaşdırma xüsusiyyətinə malik olmasıdır. Belə ki, tərkibində dəri üçün lazımlı maddələr mövcuddur. Buna görə də ondan mütəmadi yedikdə cavan qalmağa kömək edir. Dərinin elastikliyini, saç və dırnağın möhkəmliyini və normal yuxunu təmin edir. Dərinin tez qırışmasının qarşısını alır.

Bir sözlə, toyuq suyu şorbası insanların gənc və sağlam qalmasında əvvəzsiz rola malikdir. Axşam.az

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!