Avtonəqliyyat vasitələrinin təhlükəsiz hərəkətinin tənzimlənməsi məqsədi ilə 24 may saat 22:00-dan səhər saatlarına kimi Bakı şəhəri, Neftçilər prospekti, Azneft dairəsindən Rixard Zorge küçəsinə kimi üfiqi nişanlanma xətlərinin rənglənməsi işləri aparılacaq.
Bu barədə "Yeni Sabah"a AAYDA-dan məlumat verilib.
Sürücülərdən qeyd olunan müddət ərzində sözügedən prospekt boyu hərəkətdə olarkən diqqətli olmaları, müvəqqəti yol nişanlarına və yol hərəkəti qaydalarına əməl etmələri xahiş olunur. Toyuqlu pizza
Telegram kanalımız