Büdcədən 10 milyon ayrıldı: Ölkəyə geri qayıtmaq istəyənlərə 12 min pul ödəniləcək

saytların hazırlanması

Evə çatdırılma

Büdcədən 10 milyon ayrıldı: Ölkəyə geri qayıtmaq istəyənlərə 12 min pul ödəniləcək

Dünya

23 İyul 2019 15:45 1397


Portuqaliya hökuməti 2010-2014-cü illərdə baş verən iqtisadi böhrana görə ölkəni tərk edən 300 min vətəndaşını qaytarmaq üçün yeni layihə hazırlayıb.

“Yeni Sabah” xarici mediaya əsasən bildirir ki, bunun üçün büdcədən 10 milyon avro ayrılıb.

Layihə ölkəyə qayıtmaq istəyən portuqaliyalıların hər birinə təxminən 6 min avro (təxminən 12 min manat) pul ödənilməsini nəzərdə tutur. Sezar pizza

Ancaq bundan yalnız bu 3 şərti - ölkəni 31 dekabr 2015-ci ildən öncə tərk edən, ən az 12 ayı xaricdə keçirən, iş müqaviləsi olan - ödəyən portuqaliyalılar faydalana biləcək.

Dövlət rəsmiləri bu layihə sayəsində 2020-ci ilin sonuna kimi 3 min vətəndaşın geri qayıdacağını proqnozlaşdırır.

Sabrina


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!