Buğda yüklü qatar Azərbaycan ərazisindən Ermənistana getdi

saytların hazırlanması

Evə çatdırılma

Buğda yüklü qatar Azərbaycan ərazisindən Ermənistana getdi

Siyasət

04 Noyabr 2025 17:28 289


Prezident İlham Əliyevin Qazaxıstanda verdiyi bəyanata uyğun olaraq, Azərbaycandan tranzit keçməklə buğda yüklü qatar Ermənistana gedib.

"Yeni Sabah" APA-ya istinadla xəbər verir ki, noyabrın 4-də saat 00:15-də Rusiya Federasiyasından Azərbaycan və Gürcüstandan tranzit keçməklə ümumi çəkisi 1048 ton 800 kq olan buğda yüklü 15 ədəd vaqon rəsmiləşdirilərək Ermənistanın Dalarik stansiyasına yola salınıb.

Qeyd edək ki, Prezident İlham Əliyev bu il oktyabrın 21-də Qazaxıstanda dövlət səfərində olarkən bəyan etmişdi ki, Azərbaycan Ermənistana yük tranziti ilə bağlı işğaldan bəri mövcud olan bütün məhdudiyyətləri aradan qaldırıb. Dominos pizza


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!