Bulvarda batma təhlükəsi olan qadın xilas edildi - Video

saytların hazırlanması

Evə çatdırılma

Bulvarda batma təhlükəsi olan qadın xilas edildi - Video

Hadisə

08 Sentyabr 2023 19:30 1072


Bulvarda batma təhlükəsi olan qadın xilas edilib.

Yenisabah.az xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi (FHN) məlumat yayıb.

Bildirilib ki, FHN-nin “112” qaynar telefon xəttinə Bakı şəhəri, Səbail rayonunda yerləşən Dənizkənarı Milli Park ərazisində bir nəfərin dənizdə batma təhlükəsində olması barədə məlumat daxil olub. Pepperoni pizza

Məlumatla əlaqədar dərhal hadisə yerinə FHN-nin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin “Bakı-bulvarı” dalğıc-axtarış qrupu cəlb edilib.

Həyata keçirilən operativ xilasetmə əməliyyatı sayəsində dənizdə batma təhlükəsində olan 1989-cu il təvəllüdlü Ş.Cəfərova dalğıclar tərəfindən xilas edilib. Ona ilkin yardım göstərilib və aidiyyəti üzrə təhvil verilib.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!