Bulvarda oyun meydançası pulludur?   - AÇIQLAMA

saytların hazırlanması

Evə çatdırılma

Bulvarda oyun meydançası pulludur? - AÇIQLAMA

Hadisə

14 Sentyabr 2020 18:40 842


Sosial şəbəkələrdə Dənizkənarı Milli Parkda vətəndaşların istirahəti üçün nəzərdə tutulan stadionun pullu olması barədə məlumatlar yayılıb. Məlumatda qeyd edilir ki, Dənizkənarı Milli Parkın ərazisində həndbol və basketbol oynamaq üçün nəzərdə tutulan meydançalara görə vətəndaşlardan pul tələb olunur.

Belə ki, Səbail rayonu, 20-ci yaşayış sahəsindəki Su İdmanı Sarayı ilə üzbəüz parkda idman həvəskarları anlaşılmaz vəziyyətlə üzləşib. Parkda basketbol və həndbol meydançaları var.

Bunlardan istifadə, əslində, pulsuzdur, amma ərazinin baxıcıları axşam saatlarında meydançaları işıqlandırmaq üçün ödəniş tələb edirlər. Hər meydana görə 1 saat üçün 5 manat istəyirlər. Guya rəhbərlik onlara işığa qənaət etməyi tapşırıb, həmçinin sərf olunan işığın xərci ödənilməlidir. pizza sifarişi

Məlumata görə, axşam saatlarında idman meydançalarından birində işıq yanır, birində yox.

Qaranlıq yerdə pul verməyənlər, işıqlı yerdə pul verənlər oynayır.

Dənizkənarı Bulvar İdarəsinin Mətbuat xidmətinin rəhbəri Günay Yelmarqızı isə Trend-ə bildirib ki, adıçəkilən yer bulvar ərazisi deyil:

“Həmin park bulvara aid deyil, sözügedən ərazi yolun o biri tərəfində olan parka aiddir”.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!