“Buna qeyri-adi formada qiymət verməyə ehtiyac yoxdur” -   Əli Əhmədov Milli Məclisin buraxılmasından danışdı

saytların hazırlanması

Evə çatdırılma

“Buna qeyri-adi formada qiymət verməyə ehtiyac yoxdur” - Əli Əhmədov Milli Məclisin buraxılmasından danışdı

Siyasət

28 Noyabr 2019 12:45 1035


“Parlamentin buraxılması və növbədənkənar parlament seçkilərinin keçirilməsi dünyanın bir çox ölkələrində istifadə olunan praktikadır”. 

Yenisabah.az xəbər verir ki, bu sözləri Baş nazirin müavini, hakim Yeni Azərbaycan Partiyasının (YAP) icra katibi Əli Əhmədov bu gün keçirdiyi mətbuat konfrasında deyib.

Məlumat üçün bildirək ki, bu gün YAP Milli Məclisin buraxılması və növbədənkənar parlamen seçkilərinin keçirilməsi ilə bağlı təşəbbüs irəli sürüb və hakim partiyanı qanunverici orqanda təmsil edən deputatların bu barədə məsələ qaldırmaları barədə tövsiyyə qərarı qəbul edib.  Sezar pizza

Əli Əhmədov bildirib ki, bu addım ölkədə aparılan islahatların tərkib hissəsidir. YAP-ın icra katibi əlavə edib ki, parlamentin buraxılması Azərbaycanın siyasi həyatında ilk olmasına baxmayaraq buna qeyri-adi formada qiymət verməyə ehtiyac yoxdur: “Söhbət Azərbaycanın bütün həyatını, hakimiyyətin bütün sferalarını əhatə edən yeniləşmə, müasirləşmə islahatlar konseprisyasının, bu sözü ifadə etmək mümkündürsə, coğrafiyasının genişlənməsindən və bunun zəminində Azərbaycanın daha da sürətli inkişafı üçün daha əlverişli, daha etibarlı imkanların əldə olunmasından və həmin imkanlardan faydalanmasından gedir”.

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!