Bunu edən şəxslər 100 manat cərimə ediləcək

saytların hazırlanması

Evə çatdırılma

Bunu edən şəxslər 100 manat cərimə ediləcək

İqtisadiyyat

07 Mart 2025 13:48 1645


İlkin hərbi qeydiyyata alınmaqdan boyun qaçırmaya görə cərimə artırılır.

Trend xəbər verir ki, bu məsələ Milli Məclisin bu gün keçirilən plenar iclasında müzakirə olunan İnzibati Xətalar Məcəlləsinə dəyişiklik edilməsi barədə qanun layihəsində öz əksini tapıb.

Qanun layihəsinə əsasən, ilkin hərbi qeydiyyata alınmalı olan vətəndaşların qeydiyyata alınmaq üçün fərdi çağırış vərəqəsində göstərilmiş müddətdə üzrlü səbəblər olmadan müvafiq icra icra hakimiyyəti orqanına gəlməməsinə görə 100 manat məbləğində cərimə ediləcək. pizza hut

Mövcud qanunvericiliyə əsasən, 30 manat məbləğində cərimə tətbiq edilir.

Qanun layihəsi səsə qoyularaq üçüncü oxunuşda qəbul olunub.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!