“Bu gün səhər tezdən 2015-ci ildə yazdığım yazını paylaşdım. Yazının başlığı belədir: “İki Azərbaycan”. Bir Azərbaycan cənab prezidentin qurmaq istədiyi yəni, islahatlarla zəngin, xüsusən də cavan kadrları irəlidə olduğu, yeni düşüncəli insanların olduğu dövlətdir.
İkinci Azərbaycan isə cənab prezidentin bu addımlarını əngəlləməyə yönəlmiş köhnə fikirli insanların qurduğu kadrlardır”.
Bunu “Yeni Sabah”a açıqlamasında Media məsələləri üzrə ekspert Azər Həsrət deyib. Prezident İlham Əliyevin bəzi məmurların mətbuat vasitəsi ilə yeni kadrları şantaj etməsini şərh edən ekspert fikirlərini belə davam etdirib: pizza
“Səbəb isə yeni düşüncəli insanlar şəffaf işləyirlər, korrupsiyadan uzaqdırlar, adları pis əməllərdə hallanmır.
Köhnə təfəkkürlülər isə korrupsiya ilə işləməyə öyrəşiblər. Yazının məqsədi o idi ki, biz birinci Azərbaycanı dəstəkləyirik. Dünən səslənən fikirlərə qayıdıram ki, bəli, doğurdan da vəziyyət o yerə çatıb ki, artıq köhnələr yeniləri şantaj etməyə başlayıblar. Yenilər cəmiyyətdə olan əhalinin narazılıqlarını aradan qaldırmağa çalışırlar, amma köhnələr buna imkan vermirlər. Bizdə buna görə prezidentin bu mövqeyini mütləq şəkildə dəstəkləyirik”.
A. Həsrət deyib ki, bu işin təəssüfləndirici yönü də var ki, hakimiyyətin içində oturub, xüsusən də dağıdıcı müxalifətin media imkanlarından istifadə edən şəxslər var: “Bir qayda olaraq, görürük ki, prezidentə ən yaxın olan şəxslər, prezidentin siyasətinin cəmiyyətə çatdırılması, vətəndaşların bilgiləndirilməsi ilə məşğul olan şəxslər müxalifətin adı ilə bunu edir. Araşdıranda da görürük ki, bunu hakimiyyətin içindəki köhnə təfəkkürlü adamlar ediblər.
Hətta biz hakimiyyət adamlarının reket mətbuatından istifadə etdiyinin şahidi olmuşuq. Bir neçə ay öncə həbs edilmiş İkram Rəhimov adında bir nəfər var. Bu şəxs hər cür bəd əməllə məşğul olurdu və birbaşa prezidenti hədəfə almışdı. İddia edirdi ki, guya o siyasi jurnalistika ilə məşğul olduğuna görə siyasi təzyiqə məruz qalır. Sonra bəlli oldu ki, o adam özü konkret çevrələrlə oturub durur və təlimatlandırılır. Bu cür faktlar heç də az deyil.
Amma biz bu saat kimlərinsə adını çəkib sübut etməkdə çətinlik çəkəcəyik. Biz bilirik ki, hansı KİV hansı məmura daha yaxındır, hansılarına tapşırıqla iş gördürmək mümkündür. Bunları bilsək də əlimizdə bağları sübut edəcək faktlar olmadığına görə ad çəkə bilmirik.
Lakin cənab prezidentin özünün bu məsələyə toxunması onu göstərir ki, prezident özü hamıdan yaxşı o şəxsləri tanıyır, kanalları da bilir. Mən düşünürəm ki, artıq bunun nəticələrini biz görəciyik və inqilabi bir gediş olacaq”.
Telegram kanalımız