Mehman Hüseynov deputatları ələ saldı - Aqil Abbas cavabını belə verdi -   Video

saytların hazırlanması

Evə çatdırılma

Mehman Hüseynov deputatları ələ saldı - Aqil Abbas cavabını belə verdi - Video

Siyasət

01 Dekabr 2019 12:39 7658


Tanınmış bloqer Mehman Hüseynov bu dəfə Milli Məclisdə növbədən kənar seçkilərin keçirilməsi ilə bağlı məsələyə münasibət öyrənmək üçün deputatlara üz tutub.

“Yeni Sabah” xəbər verir ki, bloqerin “Milli Məclis özünü buraxır yoxsa yox?” və "Milli Məclis qocalar evinə bənzəyir" tipli atmacalı suallarına ilk cavabı Aqil Abbas verib: “Milli Məclis özünü buraxır yox, növbədən kənar seçkilərə gedir. Cənab Prezidentin fərmanı ilə vaxtı da bilinəcək. YAP çoxluq təşkil edir və onlar növbədən kənar seçki keçirmək istəyirlərsə, qarşısını almaq olmaz. Yəni yeni heç nə yoxdur. Kim “Milli Məclis özünü çoxdan buraxıb” yazırsa, o, axmaqdır”. 

Mehman Hüseynov eyni sualla Vahid Əhmədova da müraciət edib. Deputat bu sualı gülüşlə qarşılayıb: “Ümumiyyətlə bu barədə çox söhbətlər gedir. Milli Məclisin yenilənməsinə ehtiyac var. Müasir tələblərə cavab verən bir Parlament qurulmalıdır. Siyasətdə qoca, cavan söhbəti yoxdur. Yaşlı insanlar daha çox fəal və təcrübəli olurlar.  pizza sifarişi

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!