Böyük Britaniyanın Peynton qəsəbəsində yaşayan 44 yaşlı Liza Anderson artıq illərdir ki, pudra yeyir.
“Yeni Sabah” xarici mediaya istinadən bildirir ki, 1 uşaq anası olan Liza buna ilk dəfə 15 il öncə uşağını quruladığı zaman pudranın xoş ətrini aldıqdan sonra başlayıb.
O, gün ərzində 200 qram uşaq pudrası yeyir və hətta gecələr də dəfələrlə bu məqsədlə oyanır. Gənc qadın indiyə kimi pudraya 8 min pound (təxminən 18 min manat), həftədə isə 10 pound (təxminən 23 manat) xərclədiyini açıqlayıb. Liza həyat yoldaşından bunu 10 il gizlədib. O, hamının təəccübünə səbəb olan vərdişini tərgitmək üçün mütəxəssisə müraciət etmək fikrindədir. pizza
Sabrina Eldarqızı



Telegram kanalımız