Buraxılış imtahanı ilə bağlı məsələ böyüyür:   Nəticələr ləğv olunacaq?

saytların hazırlanması

Evə çatdırılma

Buraxılış imtahanı ilə bağlı məsələ böyüyür: Nəticələr ləğv olunacaq?

Sosial

11 Mart 2026 14:13 27238


“Martın 9-da 11 illik orta təhsil səviyyəsi üçün buraxılış imtahanı keçirilib. İmtahandan sonra bir çox şagird və valideyn narazılıq bildirib. Onların sözlərinə görə, suallar həddindən artıq çətin olub və bəzi tapşırıqlar məktəbdə keçilən mövzulara uyğun gəlməyib. Bir qrup valideyn isə iddia edir ki, imtahanda yer alan bəzi suallar Türkiyə və Gürcüstanın tədris proqramına uyğun hazırlanıb”.

“Yeni Sabah” xəbər verir ki, bu açıqlama ilə dosent İlham Əhmədov çıxış edib. O, bildirib ki, bu il daha çox narazılıq var. Eyni problemlər hər il təkrarlanır, hər dəfə də eyni problemlərdir:

“Burada əsas məsələ sualların asan ya çətin, proqrama uyğun ya proqramdan kənar olması deyil. Məncə bu durum, daha ciddidir, bu ölkədə təhsil siyasətinin mükəmməl olmaması ilə əlaqədardır. İmtahan sualları ilə əlaqədar detalları fənn müəllimləri izah edə bilər, amma indi bu prinsipial deyil. Sezar pizza

ETN və DİM sinxron işləməlidir, vahid təhsil siyasəti olmalıdır. Mən daha çox ETN-i günahkar görürəm. Dərsliklər bərbad, tədris prosesi məktəblərdə pozulub, repetitorluq kütləvilşib v.s. Məktəb öz funksionallığını itirib.

 Son 13 ildə qeyri peşəkar insanların təhsil sisteminə rəhbərliyi təhsili böhran halına gətirib. Hesab edirəm ki, DİM daha mütəşəkkil və peşəkar kadrlardan ibarətdir”.

İlham Əhmədov qeyd edib ki, təhsildə ciddi islahatlar olmalıdır:

“Təhsildə 1 il islahatın səhv aparılması, təhsili 5 il, ölkəni 10 il geri atır. Bizdə isə təhsil islahatları 20 ildir səhv yoldadır. Ən pisi isə ETN təhsil ictimaiyyətini eşitmək istəmir. Intellektual müzakirədən qaçır. ETN belə səriştəsiz və özündən çox razı fəaliyyəti gənclərimizə, ölkənin gələcəyinə problemlər yaradacaq”.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!
  • Bəsti
    Mən də bu ilki imtahandan şikayət edirəm.Onlar bu suaaları necə eləsinlər ki müəllimlər özləri hər sualı necə dəyqəyə eliyir.90 sualı 3saata mümkün deyil.Həm də mətin cox vaxt aparır.Xahiş edirik nəzərə alıb bir tədbir görəsiz
    2 months ago
  • Yuxu
    Nə üçün suallar bu qədər qəliz tərtib edilir? Əlavə olaraq qısa vaxt: iki mətn, lisinq, kodlaşdırmaya sərf olunan qısa vaxt! 1ci zona şükürlü oldu. Bu nədir? Nə üçün?? Uşaqların hüquqlarının qorunması müdafiəsi haqqında yeni-yeni qərarlar, qanunlar, seminarlar, iclaslar təşkil olunur. Bunlar təhsilədə dəlalət edilməlidir. Təhsildə uşaqların hiss həyəcanları üstünlük təşkil etməlidir. Uşaqların həyəcanlarını nəzərə alaraq sualları oxuyub dərk etmə anlayışlarına uyğun olaraq suallar tərtib edilməlidir.
    2 months ago
  • Nezrin
    Bir valideyin kimi mende xahiş edirəm 9 da keçirilen buraxiliş tekrar keçirilsin edaletsiz uşaqlar böyutmuyek. Uşaqların merhemet hissini öldürmeuek.
    2 months ago
  • Nezrin
    Bir valideyin kimi mende xahiş edirəm 9 da keçirilen buraxiliş tekrar keçirilsin edaletsiz uşaqlar böyutmuyek. Uşaqların merhemet hissini öldürmeuek.
    2 months ago
  • Rövşən
    Salam 9 və 15 i keçirilən imtahan eyni səviyyədə olmasa bu haqsızlıq olar.15 i keçirilən imtahan asan olsa 58 min məzuna haqsızlıqdır.onda imtahan yenidən keçirilsin
    2 months ago
  • Sahilə
    Bəli biz də narazıyıq.imtahan yenidən keçirilsin. 2saat yarım ərzində yazılası suallar deyildi.niyə bu qədər haqsızlıqlar edildi bu ilki məzunlara. Bunlar erməni uşaqlarımı idilər. Kimin nə qədər çətin, uzun uzadı sualları var idisə hamısını bu ilki ildə istifadə etdilər. Saat vaxtı artırılsaydı eybi yox buna görə susulardı ən azından. Ama indi Məleykənin bu sistemdən getməsini tələb edirik. Xahiş edirik uşaqların taleləri barədə fikirləşsinlər
    2 months ago
  • Günəş
    Təhsilimiz tamam məhv olub uşaqlarımızın pisxalogiyasına cox pis təsir edirlər
    2 months ago
  • Məcid
    Sınaq imtahanlarında 250 + toplayan şagird 200 baldan aşağı nəticə göstərib. Bu isə sualların MİQ və ya sertifikasiya sualları kimi çətin olduğuna şübhə yaratmır
    2 months ago
  • Haqq yolu
    İşinizin adı nədir?
    2 months ago
  • World
    Qeyd edim ki İmatahan Cetinliyinden Elave Olaraq cox vaxt aparan idi ve 3 saat erzinde bu imtahani Catirmaq qeyri mümkündü bunu ev Şəraitində etmek Cox Asandi İmtahan Stresi +vaxt itkisi Suallar cox Qəliz və düşündürcüdür Suallari Yazmaq Olar ama Cox vaxt aparir və digər fənləri catdirmaq olmur Keçen ilki Suallar Bir Az indikinde nisbeten 1,5 cətin idi ama buna baxmayaraq 3 fəndədə cox düşündürcü sual oldu buda Vaxt itgisine sebeb olur.
    2 months ago
  • Akif Səfərov
    Düz sözə nə deyəsən. Razıyam
    2 months ago
  • İlahə
    Bu il iki övladım 9 martda imtahan verdi suallar çox vaxt aparan suallardiki heç 3 saat ərzinde onu müəllimler belə yaza bilmedi.Tapsiriq həll etməyə kağızda yer verilmir bu tapşırıq harda həll olunub cavab tapılmalıdır partanin üstünə yazsın uşaq?dinləmə eşidilmir bir çox yerlərdə hər bil bir hoqqa verir tələbə qəbulu kamisyasi.illerdi dərman pulumuzu belə müəllimlere veririk ki uşağımız ali təhsil alsın buda nəticə.sinaq imtahanlarında 230 250 yığan uşaqlar 170 yığsa sevinəcək .niye buna bir nəzarət edən yoxdu imtahan verənlerde bu ölkənin gələcəyidir düşman balası deyil axi
    2 months ago
  • RAHIM
    İLHAM MÜƏLLİM TAMAMİLƏ. DOĞRUDUR. HƏLƏ SİZ TN- DƏ İŞLƏYƏN DÖVÜRDƏN MİSİRİN SA VADSIZ YERLILƏRININ TƏHSİLƏ RƏHBƏR GƏTİRƏN VAXTDAN TƏHSİLİN QARA GÜNLƏRİ BAŞLADI Kİ. İNDİYƏ. QƏDƏR DƏ. DAVAM EDİR.
    2 months ago
  • Roya
    Yeniden kecirilsinnn başqa hecne vaxtıda 3saat 30dq
    2 months ago