Buraxılış imtahanının ilk mərhələsi keçiriləcək

saytların hazırlanması

Evə çatdırılma

Buraxılış imtahanının ilk mərhələsi keçiriləcək

Sosial

27 Fevral 2019 20:00 975


Dövlət İmtahan Mərkəzi 3 mart 2019-cu il tarixində  Bakı, Şirvan şəhərləri və Naxçıvan Muxtar Respublikasının orta ümumtəhsil müəssisələrinin 9-cu sinif şagirdləri üçün buraxılış imtahanının birinci mərhələsini keçirəcək.

“Yeni Sabah” xəbər verir ki, həmin gün ümumilikdə 37434 şagirdin imtahan verəcəyi nəzərdə tutulur. Bu imtahanda iştirak edəcək şagirdlər “İmtahana buraxılış vərəqəsi”ni internet vasitəsilə fevralın 23-dən etibarən çap edib götürə bilirlər. Buraxılış vərəqəsi ilə yanaşı onlara “Yaddaş kitabçası” da təqdim olunur. Burada şagirdlərə imtahan prosesi ilə bağlı vacib tövsiyələr, onların əməl etməli olduqları qaydalar və digər zəruri məlumatlar çatdırılır.

İmtahan saat 11:00-da başlanır. Mətnin səsləndirilməsinə hazırlıq və binada sakitliyin təmin olunması ilə əlaqədar imtahanın başlanmasına 15 dəqiqə qalmış saat 10:45-də buraxılış rejimi başa çatır. Bundan sonra gələn iştirakçılar imtahan binasına buraxılmır. İmtahan binasına buraxılış vərəqəsində qeyd olunan vaxtda gəlmək lazımdır. pizza mizza

Şagirdlər imtahana aşağıdakı sənədləri gətirməlidirlər:

- imtahana buraxılış vərəqəsini;

- şəxsiyyəti təsdiq edən sənədin əslini:

IX sinif şagirdlərinin buraxılış imtahanlarının birinci mərhələsinin keçirilməsi üçün qeyd olunan şəhər və rayonlarda ümumilikdə 84 imtahan mərkəzi ayrılıb.

İmtahanda 37434 (Bak şəhəri Yasamal rayonunda 2837, Binəqədi rayonunda 4254, Səbail rayonunda 1544, Xətai rayonunda 3474, Xəzər rayonunda 2836, Nərimanov rayonunda 3131, Suraxanı rayonunda 2713, Sabunçu rayonunda 4820, Nəsimi rayonunda 2374, Qaradağ rayonunda 2170, Nizami rayonunda 2454, Pirallahı rayonunda 386,  Naxçıvan Muxtar Respublikasında 3439, Şirvan şəhərində 1002) nəfər 9-cu sinif şagirdinin iştirakı nəzərdə tutulur.

İmtahanların idarə olunmasına 84 ümumi imtahan rəhbəri, 254 imtahan rəhbəri, 2980 nəzarətçi müəllim, 221 buraxılışı təşkil edən əməkdaş, 84 bina nümayəndəsi ayrılıb.

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!