Buraxılış imtahanlarının nəticələri açıqlandı

saytların hazırlanması

Evə çatdırılma

Buraxılış imtahanlarının nəticələri açıqlandı

Sosial

17 May 2019 15:44 1150


Dövlət İmtahan Mərkəzi aprelin 7-də keçirilmiş buraxılış imtahanlarının nəticələrini açıqlayıb. 

DİM-dən “Yeni Sabaha”a verilən məlumata görə, imtahanlarda iştirak etmiş şəxslər DİM-in internet saytında imtahan nəticələri, cavab vərəqinin ön və arxa üzünün qrafik təsviri, qapalı tipli tapşırıqların doğru cavabları, həmçinin hər bir açıq tipli tapşırıq üzrə qiymətləndirmə meyarları (tapşırığın ehtimal olunan doğru cavabları, həlli və qiymətləndirmə şkalası) ilə tanış ola bilərlər.

Şagirdlər imtahan nəticələri haqqında məlumatı (hər fənn üzrə ümumi balı), həmçinin mobil operatorlar (Azercell, Bakcell, Nar) vasitəsilə “iş nömrəsi”ni 7727 nömrəsinə göndərməklə də öyrənə bilərlər. Marqarita pizza

İmtahanın nəticələri ilə bağlı müraciətlərə baxılması üçün Dövlət İmtahan Mərkəzində mayın 30-31-i və iyunun 3-5-i tarixlərində Apelyasiya Komissiyası fəaliyyət göstərəcək.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!