Buruk: O, ağlamağına davam etsin

saytların hazırlanması

Evə çatdırılma

Buruk: O, ağlamağına davam etsin

İdman

25 Fevral 2025 10:46 214


"Qalatasaray"ın baş məşqçisi Okan Buruk "Fənərbaxça" ilə heç-heçə etdikləri son matç haqqında danışıb.

Yenisabah.az xəbər verir ki, mütəxəssis baş hakim Slavko Vinçiçin idarəçiliyindən narazı qaldığını deyib: 

"Təbii ki, çox stressli oyun idi. Çempionlar Liqasının finalının referisi olmuş hakim bu gün oyunu necə də pis idarə etdi. Çox pis səhvlərə yol verdi. Dördüncü hakimə heç qulaq asmadı. Dördüncü hakim əl edir, ona heç baxmır. Slavko Vinçiç türk hakimlərdən daha pis idarəçilik etdi. Bunu matçdan sonra onun özünə də dedim. Oyunda əl-ayağı titrədi. Mən inana bilmədim". pizza mizza

Buruk "Fənərbaxça"nın baş məşqçisi Joze Mourinyonun ünvanına tənqidlər də səsləndirib: “O, ağlamağı ilə məşhurdur. Hakimin otağına da gedib ağladı. Ağlamağa davam etsin".


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!