“Gec-tez dünya koronavirus bəlasından xilas olacağıq. Amma bu infeksiya minlərlə insanın həyatına son qoyacaq. İngiltərənin də itkiləri az olmayacaq. Xəstə sayı çox olsa, xəstəxanaların reanimasiya şöbələrində yer tapılmayacaq. Ölüm sayı 20 mini keçməsə, bu, ingilislər üçün yaxşı bir nəticə olacaq”.
Yenisabah.az xəbər verir ki, bu sözləri İngiltərə Beynəlxalq Tibb Mərkəzinin rəhbəri, professor Stepan Povis deyib. Professor bildirib ki, infeksiyaya yoluxanların sayı artsa, ölkədəki bütün konfrans salonları reanimasiya şöbələrinə və morqa çevriləcək.
Qeyd edək ki, son 24 saatda İngiltərədə koronavirusdan 264 nəfər dünyasını dəyişib. Bununla da ölkədə ölü sayı 1019 nəfərə çatıb. Karantinə alınan ölkə vətəndaşlarının sayı isə 17 min 89 nəfərdir. Marqarita pizza
Telegram kanalımız