Buzovnada mühafizəçiyə çoxsaylı bıçaq zərbələri vuruldu

saytların hazırlanması

Evə çatdırılma

Buzovnada mühafizəçiyə çoxsaylı bıçaq zərbələri vuruldu

Kriminal

20 Fevral 2020 00:30 1026


Bakının Xəzər rayonunda bıçaqlanma hadisəsi baş verib. "Yeni Sabah" xəbər verir ki, hadisə Buzovna qəsəbəsində qeydə alınıb. Albalılıq yaşayış massivində mühafizəçi işləyən 1980-ci il təvəllüdlü Qayıbov Pənah Şükür oğlu tanımadığı şəxslərlə mübahisə edib. Nəticədə o, bədəninin müxtəlif nahiyələrindən çoxsaylı bıçaq xəsarəti alıb. Yaralı ağır vəziyyətdə 3 saylı şəhər xəstəxanasına yerləşdirilib. Faktla bağlı araşdırma aparılır. /APA
Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!