Cahangir Hacıyevin bacısı dövlət qurumlarını məhkəməyə verdi

saytların hazırlanması

Evə çatdırılma

Cahangir Hacıyevin bacısı dövlət qurumlarını məhkəməyə verdi

Kriminal

02 Aprel 2020 09:13 2048


Hazırda həbsdə olan, Beynəlxalq Bankın keçmiş sədri Cahangir Hacıyevin bacısı dövlət qurumunu məhkəməyə verib. 

“Yeni Sabah”ın məlumatına görə, Hacıyeva Əminə Fevzi qızı Bakı İnzibati Məhkəməsinə Ədliyyə Nazirliyinin Penitensiar Xidməti və Bakı İstintaq Təcridxanasının inzibati hərəkətlərindən ərizə ilə şikayət edib. Məhkəmənin hazırlıq iclası aprelin 3-də hakim Pərviz Hüseynovun sədrliyi ilə keçiriləcək. 

Qeyd edək ki, Əminə Hacıyeva Bakı İstintaq Təcridxanasında saxlanılan qardaşı Cahangir Hacıyevlə görüşə bilmədiyi, telefon danışıqlarına icazə verilmədiyi üçün məhkəməyə müraciət edib.  pizza

Xatırladaq ki, Cahangir Hacıyev müxtəlif maddələrlə təqsirli bilinərək 16 il 3 ay müddətinə azadlıqdan məhrum edilib.  

Azər İsrafilov

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!