Camış əti verən restoran görün kimin imiş

saytların hazırlanması

Evə çatdırılma

Camış əti verən restoran görün kimin imiş

Sosial

17 Dekabr 2025 20:47 16026


Qida Təhlükəsizliyi Agentliyi (AQTA) Bakıda qanunsuz fəaliyyət göstərən "Ramin-Nur" şadlıq sarayının camış ətini dana əti adı ilə təqdim edərək istehlakçıları aldatdığını aşkarlayıb.

“Yeni Sabah” xəbər verir ki, sözügedən "Ramin Nur" şadlıq sarayı "Körpü Bina Tikinti" MMC-nin rəhbəri Xəlil Göyüşovundur.

Şadlıq sarayına da oğlu Raminin adını verib. Ramin Göyüşov özü də iş adamıdır. Müxtəlif vaxtlarda mediada onun da adı hallanıb. Pepperoni pizza

Hansı ki, həmin şirkətlə bağlı da müxtəlif vaxtlarda şikayətlər olub. Elə beş gün əvvəl həmin şirkətin Dərnəgül qəsəbəsində ağacları kəsməsi ilə bağlı saytımıza şikayət daxil olmuşdu.

Həmin şikayətlə bağlı hazırda araşdırma aparılır.

Qeyd edək ki, Xəlil Göyüşovun Bakıda bir neçə villasının, Sumqayıtda əlavə şadlıq sarayının olduğu deyilir. /qafqazinfo


Telegram kanalımız

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!