Çanaqqala boğazı bağlandı

saytların hazırlanması

Evə çatdırılma

Çanaqqala boğazı bağlandı

Dünya

10 Yanvar 2026 18:22 562


Şiddətli fırtına səbəbindən Çanaqqala boğazında gəmilərin hərəkəti tamamilə dayandırılıb.

"Yeni Sabah" Oxu.Az-a istinadən xəbər verir ki, əlverişsiz hava şəraiti səbəbindən Bozcaada və Gökçeada bölgəsinə bərə xidmətləri ləğv edilib.

Dünən Meteorologiya İdarəsi Çanaqqala üçün fırtına xəbərdarlığı edib, cənub və qərbdən gələn güclü küləyin saatda 50-75 kilometrə, bəzi yerlərdə isə hətta saatda 80-90 kilometrə çatacağını bildirib. Hava şəraiti ilə bağlı saat 12:45-də həm şimal, həm də cənub istiqamətlərindən gəmilərin hərəkətini dayandırmaq qərarı verilib. pizza mizza

Şimali Egey dənizindəki əlverişsiz hava şəraiti səbəbindən Geyikli-Bozcaada bütün səfərlər və Kabatepe-Gökçeada marşrutu üzrə bəzi səfərlər ləğv edilib.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!