CAR-da ildırım düşdü: iki nəfər öldü, 150-si yaralandı

saytların hazırlanması

Evə çatdırılma

CAR-da ildırım düşdü: iki nəfər öldü, 150-si yaralandı

Dünya

04 Yanvar 2026 21:37 694


Cənubi Afrika Respublikasının (CAR) şimalında keçirilən bayram tədbiri zamanı ildırım düşməsi nəticəsində iki nəfər ölüb, təxminən 150 nəfər yaralanıb.

"Yeni Sabah" "Report"a istinadən xəbər verir ki, bu barədə yerli EWN radiostansiyası Şimal-Qərb əyalətinin səhiyyə orqanlarına istinadən məlumat yayıb.

Hadisə paytaxt Pretoriyadan 70 kilometr şimalda yerləşən Dertiq qəsəbəsində baş verib. İnsanlar ənənəvi musiqi və rəqs festivalına toplaşanda ildırım çaxmağa başlayıb və izdihamı ildırım vurub. Dominos pizza

Radiostansiyanın məlumatına görə, 13 nəfərin vəziyyəti ağırdır. Hazırda ümumilikdə 49 nəfər xəstəxanadadır. Qalanları tibbi yardım aldıqdan sonra evə buraxılıb.

Hazırda CAR-da tez-tez və qeyri-adi şiddətli ildırımlarla xarakterizə olunan yağışlı mövsümdür.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!