Cavid Hüseynov “Qəbələ”dən getdi

saytların hazırlanması

Evə çatdırılma

Cavid Hüseynov “Qəbələ”dən getdi

İdman

01 İyun 2019 19:07 1215


"Zirə" yay transfer pəncərəsində heyətini yeni futbolçu ilə gücləndirib.

"Yeni Sabah" klubun rəsmi saytına istinadən xəbər verir ki, paytaxt təmsilçisi "Qəbələ"dən ayrılan Cavid Hüseynovla anlaşıb. 31 yaşlı yarımmüdafiəçi ilə 2 illik müqavilə bağlanıb.

Bu, "Zirə"nin mövsümlərarası fasilədə ikinci rəsmi transferidir. Klub daha öncə "Sumqayıt"dan Elvin Məmmədovu heyətinə qatıb. Marqarita pizza

Qeyd edək ki, Hüseynov indiyə qədər “Turan”, MOİK, “Olimpik”, “İnter”, “Neftçi”, “Adana Demirspor” (Türkiyə), “Bakı” və “Qəbələ”də forma geyinib. Cavid həmçinin Azərbaycan yığmasında da meydana çıxdığı 52 oyunda 2 dəfə fərqlənib.

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!