"Əgər 3 ölkə səmimi addımlar atsa, o zaman biz Cənubi Qafqazda davamlı sülh bərqərar edəcəyik".
Yenisabah.az xəbər verir ki, bunu fevralın 15-də Ankarada Ermənistan və Türkiyə xarici işlər nazirlərinin mətbuat konfransında Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu bildirib.
O, mətbuat konfransının əvvəlində Ermənistanın xarici işlər naziri Ararat Mirzoyana zəlzələdən dərhal sonra göstərdiyi həmrəylik və başsağlığı sözlərinə görə təşəkkür edib, həmçinin Ermənistanın baş naziri Nikol Paşinyanın telefon danışığı apardığını və başsağlığı verdiyini xatırladıb: pizza
“Ermənistan bu çətin günlərdə bizə dost əli uzadıb. 1999-cu ildə baş verən zəlzələ zamanı Ermənistan da humanitar yardım göndərib. Təəssüf ki, Ermənistan da zəlzələ zonasındadır. 1988-ci il Spitak zəlzələsi hələ də yaddaşımızdadır, çünki çoxlu sayda insan həlak olub. Həmin zəlzələdən sonra Əlican sərhədindən Ermənistana yardım göndərdik. Bir neçə gün əvvəl Ermənistan Türkiyəyə yardımını məhz bu sərhəd vasitəsilə göndərdi”.
M. Çavuşoğlunun sözlərinə görə, Cənubi Qafqazda münasibətlərin normallaşması prosesi davam edir. “Hazırkı humanitar əməkdaşlığımızın bu prosesi dəstəkləyəcəyinə inanırıq. Ermənistanın Türkiyə və Azərbaycanla münasibətlərinin normallaşması prosesində əldə ediləcək irəliləyişlər bölgəmizdə sülh və rifahı təmin edəcək.
Vəzifədaşım Ararat Mirzoyanla Ermənistan-Türkiyə münasibətlərinin normallaşdırılması prosesində atılmalı olan addımlar barədə danışdım, həmçinin ondan Ermənistan və Azərbaycan arasında hərtərəfli sülh danışıqları barədə məlumat aldım.
Konkret olaraq demək istəyirəm ki, bu 3 ölkə səmimi addımlar atsa, o zaman biz Cənubi Qafqazda davamlı sülh bərqərar edəcəyik. Bu regionda sülh iqtisadi tərəqqi üçün son dərəcə vacibdir”.
Telegram kanalımız