Çayda batan şəxs sabiq deputatın bacısı oğlu imiş - FOTO

saytların hazırlanması

Evə çatdırılma

Çayda batan şəxs sabiq deputatın bacısı oğlu imiş - FOTO

Hadisə

17 Aprel 2025 18:31 1508


Xəbər verdiyimiz kimi, ötən gün Şabrançay çayının Şabran rayonu, Xəlfələr kəndindən keçən hissəsində daşması nəticəsində 2 nəfər həlak olub.

“Yeni Sabah” “Qafqazinfo”ya istinadən bildirir ki, dünyasını dəyişən şəxslərdən 59 yaşlı Nurməmməd Qəhrəman oğlu Məmmədov Şirvan şəhər Bayramlı qəsəbə sakinidir. O, Milli Məclisin 6-cı çağırış deputatı İltizam Yusifovun bacısı oğludur.

Mərhum bu gün dəfn edilib. Toyuqlu pizza

Qeyd edək ki, İ.Yusifov da uzun illər neftçıxarma sənayesində çalışıb. N.Məmmədov da “Siyəzən Oil” neft şirkətinin əməkdaşı olub. Onunla birlikdə iş yoldaşı Salyan rayon sakini 63 yaşlı Etibar Hafiz oğlu Nağıyev dünən işə gedərkən selə düşərək vəfat ediblər.

Faktla bağlı Şabran Rayon Prokurorluğunda araşdırma aparılır.


Telegram kanalımız

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!