Cəbhə bölgəsində silahlı “jurnalist” - Foto

saytların hazırlanması

Evə çatdırılma

Cəbhə bölgəsində silahlı “jurnalist” - Foto

Hadisə

02 Oktyabr 2020 20:15 2205


Bu gün Ermənistan mətbuatında düşmən tərəfindən işğal edilmiş ərazilərimizdə çəkildiyi iddia edilən video yayılıb.

Yenisabah.az xəbər verir ki, həmin görüntülərdə özünü jurnalist kimi təqdim edən şəxsin çiynində silah görünür. "Jurnalist"in əlindəki mikrofonun üzərində isə Ermənistan Müdafiə Nazirliyinin loqosu əks olunub. Bu görüntülər sosial şəbəkələrdə ciddi müzakirələrə yol açıb. İstifadəçilər qeyd edir ki, beynəlxalq jurnalistika normalarına əsasən cəbhə bölgəsinə ezam olunmuş jurnalistin silah, eyni zamanda, əsgərlərin də mikrofon daşımaq hüququ yoxdur.

Kadrlardan göründüyü kimi, Ermənistan növbəti dəfə beynəlxalq normalara qarşı çıxır, Azərbaycan ərazilərində silahlıların sayını qanunsuz şəkildə artırmağa cəhd edir. Sezar pizza

/Qafqazinfo


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!