“Cəbhədə Azərbaycan əsgəri həlak olmayıb” - Nazirlik

saytların hazırlanması

Evə çatdırılma

“Cəbhədə Azərbaycan əsgəri həlak olmayıb” - Nazirlik

Siyasət

30 Noyabr 2019 10:35 1193


"Ermənistan mətbuatının guya cəbhənin Ağdam istiqamətində Azərbaycan Ordusunun Həşimov Səbuhi Səttarxan oğlu adında hərbi qulluqçusunun həlak olması barədə yaydığı məlumat növbəti dezinformasiyadır".

"Yeni Sabah" xəbər verir ki, bu barədə Müdafiə Nazirliyinin Mətbuat Xidmətindən bildirilib.

"Rəsmi olaraq bildiririk ki, Azərbaycan Ordusu cəbhədə itki verməyib və ümumiyyətlə, bu ad və soyadda hərbi qulluqçumuz yoxdur. pizza sifarişi

Son günlər cəbhə xəttindəki vəziyyətlə bağlı Ermənistan tərəfi bir neçə dəfə yalan məlumat yaymaqla gələcək təxribatları üçün zəmin yaratmaq niyyətindədir. Qarşı tərəfi bu kimi addımlardan çəkinməyə çağırır və düşməni onun istənilən fəaliyyətinin qarşısının Azərbaycan Ordusunun bölmələri tərəfindən dərhal və qətiyyətlə alınacağı barədə xəbərdar edirik", - nazirlikdən əlavə olunub.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!