Cəbhədəki vəziyyətlə bağlı Müdafiə Nazirliyindən açıqlama: Raket atıldı

saytların hazırlanması

Evə çatdırılma

Cəbhədəki vəziyyətlə bağlı Müdafiə Nazirliyindən açıqlama: Raket atıldı

Hadisə

05 Oktyabr 2020 10:18 4837


Oktyabrın 5-də səhər saatlarında Azərbaycan Hava Hücumundan Müdafiə Qüvvələrinin Radiolokasiya sistemlərinin texniki vasitələri Ermənistanın Cermuk,   Qafan və Berd rayonları ərazisində yerləşən start mövqelərindən Azərbaycan ərazisinə atılan raket buraxılışını qeydə alıb.

Müdafiə Nazirliyindən “Yeni Sabah”a daxil olan xəbərə görə, bütün cəbhə boyu sıxışdırılan düşmən artıq bir neçə gündür ki, Ermənistan ərazisindən Azərbaycan ərazisində əhalinin kompakt yaşadığı məntəqələrə, mülki infrastruktura sistematik raket zərbələri endirir.

Eyni zamanda Ermənistanın müdafiə nazirliyi Azərbaycan ərazisinin Ermənistandan atəşə tutulması faktını inkar edir və bunun işğal olunmuş ərazilərimizdən həyata keçirildiyini bildirir. Marqarita pizza

Ermənistanın bu cür məsuliyyətsiz və cinayətkar hərəkəti məqsədyönlü şəkildə Azərbaycanı cavab tədbirləri görməyə təhrik edir.

Raketlərin Ermənistan ərazisindən buraxıldığını təsdiq edən video təqdim olunur.

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!