Cəbrayılda komendant postunu qanunsuz keçən şəxslər   SAXLANILDI

saytların hazırlanması

Evə çatdırılma

Cəbrayılda komendant postunu qanunsuz keçən şəxslər SAXLANILDI

Maraqlı

16 Noyabr 2020 13:36 970


Noyabrın 14-də saat 13 radələrində Cəbrayıl şəhəri ərazisində hərbi vəziyyətlə əlaqədar yaradılmış komendant postunda xidmət aparan polis əməkdaşları posta yaxınlaşan “Toyota” markalı avtomobilə saxla işarəsi verib, lakin buna baxmayaraq sürücü hərəkətini davam edib.

Bu barədə Yenisabah.az-a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən məlumat verilib.

Həmin avtomobil digər postda polis əməkdaşları tərəfindən saxlanılıb. Marqarita pizza

Sürücü, Füzuli rayon sakini R.Bayramlı və 5 sərnişini saxlanılaraq Rayon Polis Şöbəsinə gətiriliblər. Onların barəsində İnzibati Xətalar Məcəlləsinin 535.1 (Polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görə) və 517-2.6-cı (Hərbi vəziyyətin elan olunduğu ərazidə (ərazilərdə) tətbiq edilmiş xüsusi giriş-çıxış rejiminin, habelə yaşayış və ya olduğu yeri seçmək hüququna qoyulmuş məhdudiyyətin pozulmasına görə) maddələri ilə protokollar tərtib olunub. Rayon məhkəməsi tərəfindən onlar hər biri 200 manat məbləğində cərimə olunub.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!