Cəbrayılın işğaldan azad edilən Mehdili kəndindən   FOTOLAR

saytların hazırlanması

Evə çatdırılma

Cəbrayılın işğaldan azad edilən Mehdili kəndindən FOTOLAR

Hadisə

07 Oktyabr 2020 17:08 3475


Yenisabah.az AZƏRTAC-a istinadla Cəbrayıl rayonunun işğaldan azad olunan Mehdili kəndindən çəkilmiş ilk fotoları təqdim edir.

Azərbaycan əsgəri oktyabrın 3-də Tərtər rayonunun Talış kəndini, Cəbrayıl rayonunun Mehdili, Çaxırlı, Aşağı Maralyan, Şəybəy və Quycaq kəndlərini, Füzuli rayonunun Aşağı Əbdürrəhmanlı kəndini işğalçılardan təmizləyib. Bir gün sonra - oktyabrın 4-də isə Cəbrayıl şəhəri, rayonunun bir neçə yaşayış məntəqəsi, o cümlədən Karxulu, Şükürbəyli, Çərəkən, Daşkəsən, Horovlu, Mahmudlu, Cəfərabad, Yuxarı Maralyan, Decal kəndləri azad olunub. İndi bu kəndlərdə Azərbaycan bayrağı dalğalanır. Qarabağ Azərbaycandır!

Qeyd edək ki, sentyabrın 27-si səhər saatlarından Ermənistan silahlı qüvvələri genişmiqyaslı təxribat törədərək cəbhəboyu zonada yerləşən Azərbaycan Ordusunun mövqelərini və yaşayış məntəqələrimizi iriçaplı silahlar, minaatanlar və müxtəlif çaplı artilleriya qurğularından intensiv atəşə tutub. Dinc sakinlər hədəf alınıb, onların evlərinə, əmlaklarına və infrastruktura ciddi ziyan dəyib. Ermənistan silahlı qüvvələrinin döyüş aktivliyinin qarşısını almaq, mülki əhalinin təhlükəsizliyini təmin etmək məqsədilə Azərbaycan Ordusunun komandanlığı tərəfindən qoşunlarımızın bütün cəbhəboyu əks-hücum əməliyyatına başlaması barədə qərar verilib. pizza sifarişi


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!