Çeçenistan Bakıda nümayəndəlik açır

saytların hazırlanması

Evə çatdırılma

Çeçenistan Bakıda nümayəndəlik açır

Siyasət

03 Aprel 2019 23:54 1209


Rəsmi Bakı və Qroznı Çeçenistan Respublikasının Azərbaycanda nümayəndəliyinin açılması ilə bağlı razılığa gəlib.

"Yeni Sabah" xəbər verir ki, bu barədə Çeçenistan başçısı Ramzan Kadırov “VKontakte” səhifəsində yazıb.

O bildirib ki, müvafiq razılaşma Bakıda Azərbaycan prezidenti İlham Əliyev və Çeçenistan başçısının müşaviri – RF Dövlət dumasının deputatı Adəm Dəlimxanovun görüşündə əldə olunub. pizza sifarişi

“Çeçenistan və Azərbaycan arasındakı münasibətlər çoxillik ənənələrə söykənir. Bu ənənələrin əsasını Azərbaycanın keçmiş prezidenti Heydər Əliyev və Çeçenistan Respublikasının ilk prezidenti, Rusiya qəhrəmanı Əhmət Hacı Kadirov qoyub”, - deyə Kadırov qeyd edib.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!