Məşhur aktyor Ceki Çanın koronavirusa yoluxduğu ehtimal edilir.
"Yeni Sabah" xarici mətbuata istinadən bildirir ki, 65 yaşlı məşhur karantinə alınıb.
Onun vəziyyəti haqda əlavə məlumat verilməyib.
Bildirilir ki, aktyorun qatıldığı tədbirlərdən birində 1 nəfər koronavirusa yoluxmuş şəxs olub. Bu səbəbdən həmin tədbirdə iştirak edən hər kəs, o cümlədən də C.Çan karantinə alınıb.
Ulduz aktyor ötən həftə koronavirusun müalicəsini tapana 1 milyon Çin Yuhanı verəcəyini açıqlamışdı. Telegram kanalımız