Cəlilabadda 8 yaşlı uşaq faciəli şəkildə öldü - Foto

saytların hazırlanması

Evə çatdırılma

Cəlilabadda 8 yaşlı uşaq faciəli şəkildə öldü - Foto

Hadisə

22 Aprel 2025 00:38 378


Cəlilabad rayonunda azyaşlı uşaq bədbəxt hadisə nəticəsində həyatını itirib.

Yenisabah.az APA-ya istinadən xəbər verir ki, hadisə axşam saatlarında rayonun Alar kəndində baş verib.

Kənd sakini, 2017-ci il təvəllüdlü N.M. həyətdə olarkən üzərinə daş hasar aşıb və uşaq dağıntıların altında qalıb. Dominos pizza

Ağır xəsarətlər alan azyaşlı dərhal xəstəxanaya çatdırılsa da, həkimlərin səylərinə baxmayaraq onun həyatını xilas etmək mümkün olmayıb.

Yaxınlarının bildirdiyinə görə, sözügedən hasar uzun müddətdir qəzalı vəziyyətdə idi və yaxın günlərdə təmir olunacağı planlaşdırılırdı.

Məlumata əsasən, hadisə baş verən zaman uşağın atası da həyətdə olub.

Faktla bağlı araşdırma aparılır.


Telegram kanalımız

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!