Cəlilabadda körpü yağışlardan sonra qəzalı vəziyyətə düşdü - Foto

saytların hazırlanması

Evə çatdırılma

Cəlilabadda körpü yağışlardan sonra qəzalı vəziyyətə düşdü - Foto

Sosial

09 Fevral 2025 18:58 168


Cəlilabad rayonunun Vənlik kəndindəki körpü yağışlardan sonra qəzalı vəziyyətə düşüb.

Bu barədə "Report"un yerli bürosuna kənd sakinləri məlumat verib.

Onların sözlərinə görə, körpü yaşayış məntəqələri arasında gediş-gəlişi təmin edir. Son yağışlardan sonra qəzalı vəziyyətə düşən körpüdən hər hansı avtomobilin keçməsi təhlükəlidir. Dördpendirli pizza

Məsələ ilə bağlı Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin 46 saylı Yol İstismar Məhdud Məsuliyyətli Cəmiyyətindən bildiriblər ki, sözügedən körpünün qəzalı vəziyyətə düşməsi ilə bağlı artıq qurumun nümayəndələri baxış keçiriblər və əraziyə təmir məqsədilə lazımi texnika gətirilib, yağışlar ara verən kimi burada işlər aparılacaq.


Telegram kanalımız

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!