Cəlilabadda mebel fabrikinin fəaliyyəti dayandırıl

saytların hazırlanması

Evə çatdırılma

Cəlilabadda mebel fabrikinin fəaliyyəti dayandırıl

Hadisə

19 Aprel 2025 14:43 317


Cəlilabadda mebel fabrikinin fəaliyyəti dayandırılıb.

Yenisabah.az xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyindən məlumat verilib.

Bildirilib ki, nazirliyinin Dövlət Yanğın Nəzarəti Xidməti tərəfindən Cəlilabad rayonu, Qarazəncir kəndində yerləşən “Woodpecker” mebel fabrikində keçirilən yoxlama zamanı yanğın təhlükəsizliyi sahəsində çoxsaylı nöqsanların mövcud olduğu, həmin nöqsanların insan həyatı və ya sağlamlığına, ətraf mühitə və dövlətin əmlak maraqlarına birbaşa təhlükə yaratdığı müəyyən edilib. pizza

Yanğın təhlükəsizliyi norma və qaydalarının tələblərinin kobud pozulması faktları aşkar edilmiş Cəlilabad rayonu, Qarazəncir kəndində yerləşən “Woodpecker” mebel fabrikinin istehsal sexinin fəaliyyətinin dayandırılması barədə Qərar qəbul olunub və Qərarın bir nüsxəsi obyektin nümayəndəsinə təqdim edilib.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!