Cəlilabadda qanunsuz ov edən Bakı sakinləri saxlanıldı

saytların hazırlanması

Evə çatdırılma

Cəlilabadda qanunsuz ov edən Bakı sakinləri saxlanıldı

Maraqlı

31 Dekabr 2021 11:57 791


Cəlilabadda qanunsuz ov edənlər paytaxt sakinləri saxlanılıb. 

DİN Mətbuat Xidmətinin Lənkəran regional qrupundan "Yeni Sabah"a verilən məlumata görə, Cəlilabad Rayon Polis Şöbəsinin əməkdaşlarının qanunsuz ovun, mülki silahın daşınması qaydalarının pozulması hallarının qarşısının alınması məqsədilə keçirdikləri növbəti tədbirlər nəticəsində rayon ərazisində ov üçün nəzərdə tutulmayan yerdə qanunsuz ov edən Bakı şəhər sakinləri N.Qasımov və E.Fətəliyev saxlanılıblar.

Onlardan 1 ədəd “Hatsan” markalı, 1 ədəd “Turac” markalı ov silahları və qanunsuz olaraq ovlanmış çöl heyvanları aşkarlanıb. Dördpendirli pizza

Faktla bağlı İnzibati Xətalar Məcəlləsinin 272.3-cü (Ov qaydalarının kobud şəkildə pozulması) maddəsi ilə inzibati protokol tərtib olunaraq baxılması üçün Rayon Məhkəməsinə göndərilib. 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!