UEFA Çempionlar Liqasının I təsnifat mərhələsinin ilk oyunlarını tribunalardan izləyən azarkeşlərin sayı açıqlanıb.
"Report"un məlumatına görə, 15 oyunda ümumilikdə 104 000-ə yaxın tamaşaçı iştirak edib.
Ən çox fanat Polşada "Lex" və "Qarabağ" komandaları arasında keçirilmiş qarşılaşmada olub. Görüşü 25 118 azarkeş izləyib. pizza sifarişi
İkinci pillədə 11 830 tamaşaçı ilə "Malmö” (İsveç) - "Vikinqur" (İslandiya) matçı yer alıb. İlk "üçlüy"ü "Slovan" (Bratislava, Slovakiya) - "Dinamo" (Batumi, Gürcüstan) görüşü tamamlayıb - 10 589.
Qeyd edək ki, "Qarabağ" ilk matçda "Lex"ə 0:1 hesabı ilə uduzub. Cavab oyunu iyulun 12-də Bakıda olacaq.
Telegram kanalımız