Çempionlar Liqasında gecənin nəticələri

saytların hazırlanması

Evə çatdırılma

Çempionlar Liqasında gecənin nəticələri

İdman

23 Yanvar 2025 02:15 283


UEFA Çempionlar Liqasının Liqa mərhələsində VII tura yekun vurulub.

Yenisabah.az xəbər verir ki, turun mərkəzi görüşü Fransanın paytaxtı Parisdə keçirilib.

PSJ doğma meydanda “Mançester Siti” ilə qarşılaşıb. Oyunun gedişində ingilislər 2:0 hesabı ilə önə keçsələr də, meydan sahibləri geridönüş edərək qələbə qazanıblar - 4:2. Sezar pizza

“Real” isə evdə “Zaltsburq”la üz-üzə gəlib. Madrid klubu rəqibini darmadağın edərək 3 xal qazanıb - 5:1.  “İnter” səfərdə “Sparta”dan üstün olub - 1:0.

Turun bütün oyunlarının nəticələrini təqdim edirik:

UEFA Çempionlar Iiqası

Liqa mərhələsi

VII tur

22 yanvar

21:45. “Leyptsiq” (Almaniya) - “Sportinq” (Portuqaliya) 2:1

21:45. “Şaxtyor” (Ukrayna) - “Brest” (Fransa) 2:0

00:00. “Real” (İspaniya) - “Zaltsburq” (Avstriya) 5:1

00:00. PSJ (Fransa) - “Mançester Siti” (İngiltərə) 4:2

00:00. “Sparta” (Çexiya) - “İnter” (İtaliya) 0:1

00:00. “Arsenal” (İngiltərə) - “Dinamo” (Xorvatiya) 3:0

00:00. “Seltik” (Şotlandiya) - “Yanq Boys” (İsveçrə) 1:0

00:00. “Feyenoord” (Niderland) - “Bavariya” (Almaniya) 3:0

00:00. “Milan” (İtaliya) - “Jirona” (İspaniya) 1:0

Qeyd edək ki, Liqa mərhələsində sonuncu - VIII turun oyunları yanvarın 30-da keçiriləcək.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!