Çempionlar Liqasının finalına saatlar qaldı

Çempionlar Liqasının finalına saatlar qaldı

İdman Veb saytların hazırlanması

01 İyun 2019 07:56 776


Bu gün Çempionlar Liqasında  2018-2019-cu il mövsümünün qalibi müəyyənləşəcək.

"Yeni Sabah" xəbər verir ki, həlledici matçda İngiltərənin  "Tottenhem” və "Liverpul" klubları üz-üzə gələcək. 

İspaniyanın paytaxtı Madriddəki "Vanda Metropolitano" stadionunda keçiriləcək  görüş Bakı vaxtı ilə saat 23:00-da başalayacaq. 

Qeyd edək ki, "Liverpul” ÇL-də iştirakçısı olduğu 8 finaldan 5-də qalib gəlib. "Tottenhem"in isə belə uğuru yoxdur.

Çempionlar Liqası, final

23:00. "Tottenhem” (İngiltərə) – "Liverpul” (İngiltərə)

Hakimlər: Damir Skomina, Yure Praprotnik, Robert Vukan və Mateo Laos

Madrid. "Vanda Metropolitano" stadionu.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!