Cənubi Koreyanın sabiq baş naziri Vyetnama səfəri zamanı öldü

saytların hazırlanması

Evə çatdırılma

Cənubi Koreyanın sabiq baş naziri Vyetnama səfəri zamanı öldü

Dünya

25 Yanvar 2026 23:09 741


Cənubi Koreyanın keçmiş baş naziri Li He Çan Vyetnama işgüzar səfəri zamanı 73 yaşında vəfat edib.

"Yeni Sabah" Oxu.az-a istinadən xəbər verir ki, siyasətçi Vyetnama yola düşməzdən əvvəl qripəbənzər simptomlardan şikayətlənməyə başlayıb.

Vəziyyətinin pisləşməsi səbəbindən o, ölkəsinə qayıtmağı planlaşdırıb. Lakin nəfəs almaqda çətinlik çəkdiyinə görə Ho Şi Min şəhərinin hava limanından təcili xəstəxanaya yerləşdirilib. Toyuqlu pizza

Sabiq nazirin ölüm səbəbi kimi ürək çatışmazlığı göstərilib.

Qeyd edək ki, Çan 2004-cü ildən 2006-cı ilə qədər baş nazir vəzifəsində çalışıb. 2025-ci ilin oktyabrında o, dinc birləşmə üzrə Məşvərət Şurasının vitse-prezidenti təyin edilib.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!