"Liverpul" klubunun əfsanəvi futbolçusu Stiven Cerrard məşqçilik karyerasını Türkiyədə davam etdirə bilər.
"Yeni Sabah" xəbər verir ki, "Beşiktaş" klubu onu komandanın sükanı arxasına gətirmək niyyətindədir. Abdullah Avcı rəhbərliyi ilə bu mövsüm Super Liqaya istənilən kimi start verməyən "Beşiktaş" rəhbərliyinin bu səbəbdən Cerrardı gətirmək istədiyi qeyd edilir.
Qeyd edək ki, Cerrard futbolçu karyerasını bitirdikdən sonra 2016-cı ildə "Liverpul"un akademiyasında məşqçilik etməyə başlayıb. 2018-ci ildə isə 39 yaşlı əfsanəvi futbolçu Şotlandiyanın "Reyncers" klubunun sükanı arxasına keçib. / Offisideplus.az Pepperoni pizza
Telegram kanalımız