Ceyhun Bayramov Almaniyanın XİN rəhbəri ilə görüşdü

saytların hazırlanması

Evə çatdırılma

Ceyhun Bayramov Almaniyanın XİN rəhbəri ilə görüşdü

Siyasət

14 Fevral 2026 22:13 594


Münhen Təhlükəsizlik Konfransı çərçivəsində Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov almaniyalı həmkarı Yohann Vadeful ilə görüşüb.

"Yeni Sabah" xəbər verir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyi (XİN) "X"dəki hesabında məlumat yayıb.

Müzakirələr Azərbaycan-Almaniya ikitərəfli əlaqələrinin inkişafına, o cümlədən siyasi dialoq, enerji təhlükəsizliyi, yaşıl keçid, ticarət, nəqliyyat və humanitar əməkdaşlığa həsr olunub. Sezar pizza

Regional inkişaflar, Ermənistan-Azərbaycan normallaşma prosesi, münaqişədən sonrakı bərpa səyləri də müzakirə edilib.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!