Ceyhun Bayramov BQXK-nin prezidenti ilə görüşdü - FOTOLAR

saytların hazırlanması

Evə çatdırılma

Ceyhun Bayramov BQXK-nin prezidenti ilə görüşdü - FOTOLAR

Maraqlı

12 Sentyabr 2023 12:06 346


Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov İsveçrənin Cenevrə şəhərində Beynəlxalq Qırmızı Xaç Komitəsinin (BQXK) prezidenti Mirjana Spolyariç Egger ilə görüşüb. 

Yenisabah.az xəbər verir ki, bu barədə Azərbaycan XİN-in "X" hesabında paylaşım edilib. 

Görüşdə regiondakı son vəziyyət fonunda Azərbaycan ilə BQXK arasında əməkdaşlığın hazırkı vəziyyəti, o cümlədən çağırışlar və gələcək perspektivlər müzakirə olunub. Toyuqlu pizza

 Azərbaycanın XİN başçısı da rəsmi "X" səhifəsində BQXK prezidenti ilə görüşü barədə paylaşım edib.

"Beynəlxalq Qırmızı Xaç Komitəsinin prezidenti Mirjana Spolyariç Egger ilə görüşməyimə və Azərbaycan ilə BQXK arasında əməkdaşlığın hazırkı vəziyyəti ilə bağlı fikir mübadiləsi aparmağıma şad oldum", - nazir bildirib.

Qeyd edək ki, C.Bayramov Cenevrədə işgüzar səfərdədir. 


Telegram kanalımız

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!