Ceyhun Bayramov Hakan Fidana zəng etdi

saytların hazırlanması

Evə çatdırılma

Ceyhun Bayramov Hakan Fidana zəng etdi

Siyasət

11 Noyabr 2025 22:42 589


Xarici işlər naziri Ceyhun Bayramov türkiyəli həmkarı Hakan Fidana zəng vurub.

"Yeni Sabah" xəbər verir ki, bu barədə Azərbaycan XİN məlumat yayıb.

Qeyd olunub ki, C.Bayramov Azərbaycandan Türkiyəyə istiqamətlənən qardaş Türkiyəyə məxsus "C-130" tipli hərbi nəqliyyat təyyarəsinin Gürcüstan ərazisində qəzaya uğraması ilə əlaqədar başsağlığı diləklərini çatdırıb, vəfat edən təyyarə heyəti və hərbçilərə Allahdan rəhmət və doğmalarına səbr arzulayıb. Marqarita pizza

Qəza ilə əlaqədar Azərbaycan tərəfinin Türkiyənin və Gürcüstanın aidiyyəti dövlət qurumları ilə təmasda olduğu barədə məlumat verilib.

Ölkəmizin qəzanın nəticələrinin aradan qaldırılması, axtarış və xilasetmə tədbirlərinin həyata keçirilməsi üçün bütün lazımi dəstəyi göstərməyə hazır olduğu bildirilib.

Hakan Fidan başsağlığına və bu ağır gündə göstərilən dəstəyə görə təşəkkür edib.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!