Ceyhun Bayramov Pakistanda səfərdədir

saytların hazırlanması

Evə çatdırılma

Ceyhun Bayramov Pakistanda səfərdədir

Siyasət

29 May 2024 22:45 514


Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Pakistanın paytaxtı İslamabadda səfərdədir.

Yenisabah.az Report-a istinadən xəbər verir ki, bu barədə Pakistanın Xarici İşlər Nazirliyinin mətbuat xidməti bildirib.

“Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov İslamabada ikigünlük rəsmi səfərə gəlib”, – xarici siyasət idarəsinin mətbuat xidməti diqqətə çatdırıb. pizza

Qeyd olunub ki, Azərbaycanın baş diplomatını Pakistanın xarici işlər katibinin Əfqanıstan və Qərbi Asiya üzrə köməkçisi Əhməd Nasim Varraiç qarşılayıb.

“Xarici işlər naziri Ceyhun Bayramov Baş nazir Məhəmməd Şahbaz Şərifin qəbulunda olacaq və baş nazirinin müavini, xarici işlər naziri Məhəmməd İshaq Dar ilə geniş müzakirələr aparacaq”, – XİN bildirib.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!