Ceyhun Mirzəyevin yeganə qızı Moskvada küçədə yaşayır

saytların hazırlanması

Evə çatdırılma

Ceyhun Mirzəyevin yeganə qızı Moskvada küçədə yaşayır

Şou

09 May 2025 20:43 3033


"Ögey ana", "Fəryad" kimi məşhur filmlərdə rol alan mərhum aktyor Ceyhun Mirzəyevin qızı Cəmalə Mirzəyeva Moskvada küçədə yaşayır.

Yenisabah.az xəbər verir ki, bu barədə “Bizimləsən” verilişində aparıcı Zaur Baxşəliyev bildirib.

"Uzun müddət əvvəl Azərbaycandan gedib. Niyə görə gedib? Küsüb gedib? Ev-eşiyi olan adam niyə bu vəziyyətdədir və qaçır? Orada yaşayan həmyerlilərimiz ona kömək etmək istəsə də qəbul etmir, gizlənir. O, məşhur aktyor Ceyhun Mirzəyevin yeganə qızıdır. Cəmalə Mirzəyeva Ceyhun qızı" deyə, aparıcı vurğulayıb. pizza

Qeyd edək ki, Ceyhun Mirzəyevin çəkdiyi və aktyor kimi çəkildiyi son film "Fəryad" olub. O, 1993-cü il martın 5-də vəfat edib./Axşam.az


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!