CHP-nin daha bir bələdiyyəsində əməliyyat -   22 nəfər saxlanıldı

saytların hazırlanması

Evə çatdırılma

CHP-nin daha bir bələdiyyəsində əməliyyat - 22 nəfər saxlanıldı

Dünya

23 Dekabr 2025 11:08 305


İstanbul polisi müxalif Cümhuriyyət Xalq Partiyasının (CHP) nümayəndəsi Özgür Kabadayın rəhbərlik etdiyi Şilə rayon Bələdiyyəsində əməliyyat-axtarış tədbirləri keçirib.  

“Yeni Sabah” “CNN Türk”ə istinadən xəbər verir ki, nəticədə 22 nəfər saxlanılıb.

Onlar rüşvət almaqda və vəzifə səlahiyyətlərindən sui-istifadə şübhəli bilinirlər. pizza hut

İstanbul Prokurorluğunun Terror və mütəşəkkil cinayətlər üzrə istintaq bürosunun Şilə Bələdiyyəsinə qarşı cinayət törətmək məqsədilə təşkilat yaratma, vəzifəli şəxsin öz səlahiyyətlərindən sui-istifadə etməsi, rüşvət alma və tenderlərə müdaxilə etmə maddələri üzrə apardığı istintaq davam edir.

İstintaq çərçivəsində cinayət şəbəkəsinin ifşası məqsədilə aparılan araşdırmalar zamanı HTS (telefon əlaqə) qeydləri və MASAK-ın (Maliyyə Cinayətlərini Araşdırma Şurası) hesabatlarında yer alan maliyyə əməliyyatları təhlil edilib. Araşdırmalar nəticəsində daha 22 şübhəlinin qeyd olunan cinayət əməllərində iştirak etdiyi müəyyənləşib.

Xatırladaq ki, daha əvvəl Şilə Bələdiyyə sədri Özgür Kabadayının da daxil olduğu 5 şübhəli barəsində həbs qətimkan tədbiri seçilmişdi.

İlhamə Qasımlı


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!