Ciddi xəstəliyin xəbərçisi olan “zərərsiz” əlamət

saytların hazırlanması

Evə çatdırılma

Ciddi xəstəliyin xəbərçisi olan “zərərsiz” əlamət

Sağlamlıq

07 Mart 2021 10:52 769


Əllərdə və ya ayaqlarda tez-tez uyuşma kimi “zərərsiz” bir simptom ciddi xəstəliyin xəbərçisi ola bilər.

Yenisabah.az xəbər verir ki, bu barədə rusiyalı terapevt İrina Yeskova danışıb.

O, bu təhlükəli xəstəliklər arasında şəkərli diabet, dağınıq skleroz və romatoid artridi göstərib. Həkimin sözlərinə görə, belə hallarda neyropatiya inkişaf edir, bunun da nəticəsində sinir kökləri əziyyət çəkir. Dördpendirli pizza

Bundan əlavə, uyuşma Reyno xəstəliyinin (aşağı və yuxarı ətrafların arterial damarlarının xəstəliyi) inkişafını göstərə bilər.

“Soyuğa çıxanda barmaqlar mavi olur. Müalicə edilmədiyi təqdirdə qanqren inkişaf edə bilər”, - o, xəbərdarlıq edib.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!