ABŞ-ın dövlət katibi Mayk Pompeo Çin Xalq Respublikasını və ona rəhbərlik edən Çin Kommunist Partiyasını “müasir zəmanədə ən böyük təhlükə” kimi qiymətləndirib. Yenisabah.az xəbər verir ki, Pompeo həmçinin indiki əsrdə dünyanın Qərbin dəyərlərini rəhbər tutması üçün ABŞ və onların müttəfiqləri öz hərbi və texnoloji qüdrətini nümayiş etdirməlidirlər.
Beləliklə, Birləşmiş Ştatlar növbəti dəfə “Çin təhlükəsi” və Qərbin onu aradan qaldırılması üçün hansı tədbirlər atacağı haqqında rəsmi açıqlama verib.
Ekspertlər hesab edir ki, ABŞ-ın bu açıqlaması Çinlə qarşıdurmanın qaçılmaz olduğunu göstərir. Bu baş verəcəyi təqdirdə isə qlobal geopolitik durum əhəmiyyətli dərəcədə dəyişə bilər. Nəzərə almaq lazımdır ki, ehtimal olunan qarşıdurma ABŞ və Çinlə məhdudlaşmaya bilər. Prosesə ABŞ-ın və Çinin müttəfqilərinin də fəal müdaxilə edəcək. Pompeyo açıq şəkildə ABŞ-ın müttəfiqlərini də “Çin təhlükəsi”nə qarşı səfərbər olmağa çağırırsa, oxşar addım Çin tərəfindən atıla bilər. Pepperoni pizza
Ekspertlərin fikrincə, ABŞ-Çin qarşıdurması dünya iqtisadiyyatına da təsirsiz ötüşməyəcək.
Telegram kanalımız