Çin Türkiyəyə satdığı maskaları geri tələb edib.
“Yeni Sabah” xarici mediaya istinadən bildirir ki, buna səbəb ölkədə koronavirusa görə maska tələbinin artması, istehsalın isə ehtiyacı qarşılamamasıdır.
Türkiyədəki dərman şirkətlərindən birinin sahibi olan Erhan Demirel bildirib ki, hazırda Çindən aldıqları maskaları bu ölkəyə satmağa başlayıblar: pizza hut
“İnsanlar qiymətini yox, maskanın olub-olmadığını soruşurlar. Maskanı hətta 2-3 qatı baha qiymətə satanlar var. Hazırda Çində maskanın qızıldan daha dəyərli olduğunu deyə bilərəm. Bu gün 300 min maskanı təkrar Çinə göndərəcəyik”.
Qeyd edək ki, dünyanın ən böyük maska istehsalçısı Çindir.
Sabrina Eldarqızı
Telegram kanalımız